Xəbərlər

Razi Nurullayev İmişlini kənd-kənd gəzib sakinləri dinləyir

Sosdem.az xəbər verir ki, Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev İmişli rayonuna növbəti ənənəvi səfərini həyata keçirib.

Millət vəkili rayon mərkəzində və kəndlərdə çoxsaylı görüşlər keçirib, vətəndaşların qayğıları ilə maraqlanıb, onların istək və təkliflərini dinləyib.

Deputat həmçinin ənənəvi olaraq yas mərasimlərində də iştirak edib.

Qeyd edək ki, Razi Nurullayev mütəmadi olaraq İmişliyə səfərlər edir, rayonu kənd-kənd, ev-ev gəzərək sakinlərlə görüşür, xəstələri və şəhid ailələrini evlərində ziyarət edir. Millət vəkili vətəndaşların qayğılarını yerində öyrənir, qarşılaşdığı problemləri, çatışmazlıqları aidiyyəti qurumlara çatdırır və bu məsələləri parlament tribunasından səsləndirir.

Bir cavab yazın

Back to top button