Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayevin İmişlidə ziyalı qadınlarla görüşüb.
Görüşdə Razi Nurullayev qadınların cəmiyyətdə rolu, qayğıları, işlə təminatı, onlar üçün yeni iş yerlərininin yaradılması, qadınların asudə vaxtlarını keçirmələri üçün şəraitin yaradılması, qızların təhsili kimi məsələlərdən danışıb.
Sonra görüşdə iştirak edən qadınlar çıxış edərək fikir və təkliflərini səsləndiriblər.
Deputat sonda bütün təkliflərlə bağlı tədbir görüləcəyini bildirib.