Razi Nurullayev İmişlidə: Problemlər yerində dinlənildi

Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev İmişli rayonuna mütəmadi səfərlərini davam etdirir.
Sosdem.az xəbər verir ki, millət vəkili növbəti dəfə rayon mərkəzində və kəndlərdə sakinlərlə görüşüb, onların sosial-məişət qayğıları ilə yaxından maraqlanıb.
Deputat səfər müddətində bir neçə ailəni ziyarət edib, xəstə sakinlərin vəziyyəti ilə maraqlanıb, həmçinin, rayonda keçirilən yas məclislərində iştirak edərək vətəndaşların dərdinə şərik olub.
MCP başqanı qaldırılan hər bir müraciətin onun üçün önəmli olduğunu və bu məsələlərin aidiyyəti dövlət qurumları qarşısında qaldırılması üçün fəaliyyətini davam etdirəcəyini vurğulayıb.
Xatırladaq ki, Razi Nurullayev mütəmadi olaraq İmişli rayonuna səfərlər edir, rayon mərkəzində və kəndlərdə vətəndaşlarla görüşür, xəstələri ziyarət edir və yas məclislərində iştirak edərək seçicilərinin yanında olur.













