Xəbərlər

Deputat İmişlidə seçicilərlə görüşüb, evlərdə, yas məclislərində olub…

Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev İmişli rayonunda seçicilərlə görüşlər keçirib.

Rayon mərkəzində və kəndlərdə olan milllət vəkili səfər çərçivəsində sakinlərin evlərində olub, həmçinin rayondakı yas məclislərində iştirak edərək vətəndaşlara başsağlığı verib.

Vətəndaşların müraciətləri və şikayətləri dinlənilib

Görüşlər zamanı Razi Nurullayev sakinləri fərdi şəkildə dinləyib, onların qarşılaşdıqları sosial-məişət problemləri, məşğulluq və infrastruktur məsələləri ilə bağlı müraciətlərini, şikayətlərini qeydə alıb.

MCP başqanı qaldırılan problemlərin həlli istiqamətində müvafiq dövlət qurumları qarşısında məsələ qaldıracağını və vətəndaşların müraciətlərini nəzarətdə saxlayacağını bildirib.

Bir cavab yazın

Back to top button