Xəbərlər

Razi Nurullayevə qarşı aparılan məqsədli qarayaxmalar mənəvi korluqdur… – MCP funksioneri

“Milli Məclisdə uşaqpulunun bərpası üçün ən kəsərli və sərt çıxışlar edən, hər gün onlarla vətəndaşı qəbul edib problemlərini həll edən bir deputata qarşı demədiyi sözlər üzərində qarayaxma kampaniyası aparmaq nankorluqdur və xalqın rəğbətini qazanmış liderin nüfuzunu sarsıtmaq məqsədi daşıyır”.

Bu barədə son günlər sosial şəbəkələrdə MCP liderinə qarşı təşkil edilən dezinformasiya dalğasını və cəmiyyətdəki böhtan problemini Sosdem.az-a şərh edərkən Milli Cəbhə Partiyasının (MCP) başqan müavini Rafiq Daşdəmirli bildirib.

Böhtan Kampaniyasının Arxasında Duranların Məqsədi Nədir?

Partiya funksioneri qeyd edib ki, böhtan atmaq və bir şəxs haqqında qəsdən yalan məlumat yaymaq bu gün cəmiyyətdə ciddi etik və hüquqi problemə çevrilib. Onun sözlərinə görə, Razi Nurullayevin ictimai-siyasi fəaliyyəti örnək təşkil etdiyi üçün bu qarayaxmalar mənəvi korluqdan başqa bir şey deyil:

“Razi Nurullayevə reallıqda demədiyi və etmədiyi bir hərəkətə görə ittiham irəli sürmək, onun adına yaraşmayan mənfi xüsusiyyətləri tirajlamaq adətən xalq arasında artan nüfuzuna zərər vurmaq və onun sosial mövqeyini sarsıtmaq məqsədi daşıyır. Sual olunur: şəxs haqqında qəsdən yalan və əsassız məlumat yaymaq kimə və kimlərə sərf edir? Razi bəyin demədiyi sözü tirajlamaqla nəyə nail olmaq istəyirlər? Amma unudurlar ki, bu çirkin üsullarla heç nəyə nail olmaq olmaz”.

“Bunu Görməməkdən Gəlmək Nankorluqdur”

MCP rəsmisi deputatın həm İmişli seçiciləri, həm də partiya başqanı kimi geniş xalq kütləsi tərəfindən çox sevildiyini, onun sosial məsələlərdəki barışmaz mövqeyinin danılmaz olduğunu diqqətə çatdırıb:

“Razi Nurullayev bəlkə də tək Milli Məclisin deputatıdır ki, hər gün onlarla insanı şəxsən qəbul edir, dinləyir və onlara köməklik göstərir. O, parlamentdə ən çox uşaqpulunun verilməsi üçün ən sərt çıxışlar edərək bu sosial hüququ tələb edən millət vəkilidir. Onun bu fəaliyyətini, xalqa sevgisini görməməkdən gəlmək sadəcə nankorluqdur. Razi Nurullayev seçilmiş olduğu İmişli seçiciləri arasında da, ölkə miqyasında da sevilir və rəğbətlə qarşılanır. Saxta kampaniyalar bu gerçəyi dəyişə bilməz”.

Bir cavab yazın

Back to top button