Xəbərlər

Qlobal tədbirlər niyə və hansı səbəbdən Bakıda keçirilir?!

Bakı platforması Bakı Enerji Həftəsi özündə üç: 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi, 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi və 29-cu Bakı Enerji Forumu-nu birləşdirən qlobal forumdur. Forum çərçivəsində “Qaz dialoqu: Enerji böhranı zamanı qaz təchizatının rolu”, “Xəzər regionunda kəşfiyyat və hasilat imkanları”, “Neft axınları: Kross-logistika və Azərbaycanda infrastrukturun inkişafı” və “Uğurlu enerji keçidində insan kapitalının rolu” və COP29 ərəfəsində Bakı Enerji Forumunun proqramına “Yaşıl dünya naminə. COP29 strateji inkişaf yolları” adlı xüsusi sessiya da keçirilir.

Bunu Milli Cəbhə Partiyasının başqan müavini, hüquqşünas Vüqar Dadaşov deyib. O, Azərbaycanı dünyanın enerji təhlükəsizliyində əsas oyunçu kimi dəyərləndirib:

“Formatından da göründüyü kimi, Bakı Enerji Həftəsi çərçivəsində keçirilən müzakirə və razılaşmalar nəinki Avropanın, bütün dünyanın enerji təhcizatı və təhlükəsizliyi üçün olduqca vacib və əhəmiyyətli yığıncaqdır. Rusiya – Ukrayna müharibəsi fonunda dünyanın enerji təhlükəsizliyinin təminatı artıq faktiki olaraq dövlətlər üçün bir nömrəli məsələdir. Qeyd olunan qlobal problemlərin həllinə Azərbaycanın moderatorluğu və lokamativ olması, Azərbaycanın dünyanın enerji təhlükəsizliyində əsas oyunçulardan olmasının, həm də dünyanda söz sahibi və güc mərkəzi kimi, artıq formalaşmış reallığın qəbulu və sübutudur.

Gedən proseslər onu sübut edir ki, Azərbaycan nəinki Cənubi Qafqaz regionuna, eləcədə avropa və dünyanın enerji təhlükəsizliyi ilə paralel olaraq, regionun siyasi-hərbi sabitliyi üçün həlledici faktordur. Azərbaycan qoşulmama hərakatının, TDB-nin, İslam ölkələri təşkilatının və sair təşkilatlarda liderliyi, 2020-ci il Vətən müharibəsində və ondan sonra günya güclərinin anti Azərbaycan siyasətlərinə qarşı əldə etdiyi uğurları, Azərbaycanı öz müttəfiqləri ilə birlikdə dünyanın yeni güc mərkəzinə çeviriləcəyini şərtləndirirdi”.

“Fransanı, İranı, Rusiyanı, ABŞ – ı, şərtlərinə məcbir edə bilən Azərbaycanla hesablaşmaq artıq itisadi, siyasi-hərbin məcburiyyətdəndir”, deyən başqan müavini, “Dünya xalqlarının iqtisadi rifahı, siyasi müstəqilliyi Azərbaycanın diqqətindədir, bu həm də artıq bir məsuliyyətdir”, deyə bildirib:

“Təbii ki, bu boyda məsuliyyətin altına girmək dövlətin iqtisadi, siyasi-hərbi gücünə, dövlətin siyasi iradəsinə soykənən nəticədir. Bu məcburiyyəti isə məhz Azərbaycan özü yaradıb.

Dünyanın enerji təhlükəsizliyində əsas oyunçulardan olan Azərbaycan, Türkmən, Rusiya, İran, Qazaxıstan enerji daşıyıcılarını dünyaya çıxarmaqda ən etibarlı tərəfdaş, əlverişli vasitəçi, tranzitiyordur.

Fransa Azərbaycanı erməni separatizmi ilə çox sıxmağa çalışmasına cavab kimi, onu Kaledoniya, Paleneziya kimi sınaq qarşıs çıxartdı. Artıq Fransa bu problemlərin çəngində öz nüfuzunu, suverenliyininin dözüm faizini əyani yoxlayır. Le Figaro başda olmaqla bir sıra fransız mətbutı fransanın hakim dairələrinə və siyasətçilərinə istinadən etiraf edirlər ki, Fransa Azərbaycana hər müstəvidə uduzub, Makron isə Əliyev qarşısında aciz durumdadı.

Yeri gəkmişkən, Bakı Fransanın kiçik ada ölkələrinin Parisin müstəmləkəçilik siyasətinə qarşı müstəqillik mübarizəsini dəstəkləyən uğurlu fəaliyyət göstərən Bakı Təşəbbüs Qrupu və müvafiq fond yaradıb”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu