Xəbərlər

Qafqazı “Putinin ərazisi” adlandıran Trampın PLANI? – Təhlil

ABŞ Prezidenti Donald Trampın xarici siyasəti, xüsusilə Qafqaz və Qlobal təhlükəsizliklə bağlı yanaşmaları siyasi ekspertlər tərəfindən geniş müzakirə olunur.

Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov Sosdem.az-a açıqlamasında Trampın tətbiq etdiyi metodları “neyro-siyasət” və psixoloji hücumun bir hissəsi kimi qiymətləndirib.

BMT-yə Alternativ Axtarışı

Politoloq deyib ki, Trampın “Modura əməliyyatı” və bənzər gedişləri dövlət başçılarına yönəlmiş sistemli təhdid instrumentidir. Bu siyasətin əsasında panika yaratmaqla siyasi dividendlər əldə etmək dayanır:

“Trampın təklif etdiyi bu struktur BMT-ni əvəzləmək və qlobal idarəçiliyi beynəlxalq hüquqla deyil, birbaşa “güc yolu” ilə formalaşdırmaq məqsədi daşıyır.

“Trampın bəzi addımları (NATO daxilindəki çıxışları, Rusiya ilə münasibətləri) ABŞ dövlət xəttindən kənar kimi görünsə də, əslində bu, Amerikanın hegemonluğunu planlı şəkildə gücləndirməyə xidmət edir”.

“Putinin Ərazisi” ifadəsinin pərdəarxası

Trampın Qafqazı “Putinin ərazisi” adlandırması regionda ciddi rezonans doğurduğunu deyən analitikin fikrincə, bu ifadənin Davos forumundan cəmi bir gün əvvəl səsləndirilməsi təsadüfi deyil:

“Davos platformasında həm Azərbaycan, həm də Ermənistan ‘Sülh Şurası’na üzv qəbul edilib. Tramp bu ifadə ilə Qafqaz respublikaları üçün nəzərdə tutulan ‘Davos uğuru’nun psixoloji çəkisini ağırlaşdırmaq, həm də Rusiya üçün konkret sərhədlər cızmaq istəyib.”

Rusiya ilə Gizli Razılaşma Var?

Şərhçiyə görə, Tramp “Cənubi Qafqaz” deyil, ümumi “Qafqaz” ifadəsini işlətməklə bilərəkdən qeyri-müəyyənlik yaradır və bu qarışıqlıqdan siyasi təsir aləti kimi istifadə edir.

“Trampın Qrenlandiya ilə bağlı “Biz götürməsək, Rusiya və ya Çin işğal edəcək” yanaşması böyük dövlətlər arasında razılaşdırılmış bölgü ehtimalını artırır. Hazırda Rusiya-Ukrayna müharibəsinin arxa plana keçməsi və diqqətin Yaxın Şərqə yönəlməsi Moskvaya müəyyən manevr imkanları versə də, Trampın bu vəziyyəti müvəqqəti hesab etdiyi vurğulanır”.

Ən Böyük Sınaq: İran Faktoru

MCP rəsmisi qeyd edib ki, Tramp üçün ən çətin və həlledici məsələ İranla bağlı proseslərdir.

“Çin və Rusiyanın İrana ümidlərinin artması fonunda, bu istiqamətdə atılacaq addımlar Tramp üçün sadəcə imic deyil, həm də siyasi varlıq məsələsinə çevrilib”, – ekspert əlavə edib.

Bir cavab yazın

Back to top button