Xəbərlər

“Qafqazda uzunmüddətli sülhün bünövrəsi…” – ŞƏRH

Azərbaycan, ABŞ və Ermənistan liderlərinin iştirakı ilə imzalanan sənəd Cənubi Qafqaz tarixində yeni bir səhifənin açılışı kimi dəyərləndirilməlidir.

Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının başqan müavini, deputat Razi Nurullayevin köməkçisi Ehtiram Mehtiyev deyib.

“İllərdir davam edən gərginlik, müharibələr, itkilər və minlərlə ailənin yaşadığı ağrı-acı bu sənədlə sona çatmaq üzrədir. Bu, sadəcə diplomatik bir razılaşma deyil, həm də bölgəyə sabitlik, xalqlara isə ümid gətirən bir mesajdır.

Azərbaycan Prezidenti İlham Əliyevin möhkəm iradəsi, hərbi-siyasi qətiyyəti və ədalətli mövqeyi bu nəticənin əldə edilməsində həlledici rol oynayıb. ABŞ-ın vasitəçiliyi və beynəlxalq ictimaiyyətin dəstəyi ilə imzalanan bu sənəd, Cənubi Qafqazda uzunmüddətli sülhün bünövrəsini qoyur”, – deputat köməkçisi qeyd edib.

MCP rəsmisi bildirib ki, bu gün atılan imza, əsgərlərimizin döyüş meydanında qazandığı zəfərin, şəhidlərimizin canı və qanı bahasına təmin edilən qalibiyyətin siyasi nəticəsidir.

“Azərbaycan xalqı bir daha bütün dünyaya göstərdi ki, haqqın yanında duran xalqı heç bir güc məğlub edə bilməz.

Tarix bu anı unutmayacaq! Çünki bu sənəd həm sülhün, həm ədalətin, həm də milli birliyin rəmzinə çevrildi”, – başqan müavini deyib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu