Xəbərlər

“Qadının qazancı çoxdursa, bunu özünə sığışdırmayan kişi…” – DEPUTAT

Ötən il Azərbaycanda 58 kişi gender əsaslı zorakılığa məruz qalıb.

Bu statistika Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə hesabatında öz əksini tapıb.

Kişilər evə qazanc gətirə bilmir, sözü keçmir, yoxsa qadınlar bu məsələlərdə onları üstələyib?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev günü-gündən ciddi probemə çevrilən məsələnin bir neçə səbəbi olduğunu deyib:

“Səbəblərdən biri budur ki, artıq bir çox ailələrdə qadınlar da işləyir, özü-özünü dolandıra bilir və onda xeyli sərbəstlik, müstəqillik yaranır. Əgər onun qazancı kişinin qazancından çoxdursa, kişiyə yuxarıdan aşağı baxmağa başlayır. Bunu özünə sığışdırmayan kişi də təbii ki, ortada münaqişə yaradır”.

MCP başqanı eyni zamanda diqqətə çatdırıb ki, son zamanlar qadınlarda bağışlama hissi yoxa çıxır:

“Əvvəllər qadınlar kişilərin  beş səhvindən üçünü bağışlayırdısa, indi heç birini də bağışlamır. Nəticə gətirib boşanmalara, zorakılığa  çıxarır. Qadın düşünür ki,  aliment alıb, sərbəst yaşayacam. Biz müsəlman ölkəsi olaraq bunları qəbul edə bilmirik. Hətta deyərdim ki, bu zorakılıq hallarının artmasında sosial şəbəkələr də böyük rol oynayır.

Başqa bir səbəb isə qadınların boşanmaq istəməsindən irəli gəlir. Qadın bilir ki, kişiyə qarşı fiziki zorakılıq etsə, münasibətlər korlanacaq və boşanma ilə nəticələnəcək”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu