Qərbdə İranı qoruyan qüvvələr var – Ekspert

Donald Trampın İranı vurmaqla hədələməsinə ciddi yanaşmaq olmaz. Əlbəttə ki, tam miqyası hücum əməliyatından heç söhbət gedə bilməz. Bu günə kimi, onsuz da İranın nüvə obyektlərinə zərbələr endirilib. Əvvəla, İranın imkanları ABŞ üçün hələ də tam aydın deyil və hansı səbəbdən İrana nüvə sazişi üçün iki ay vaxt verilir ki?
Tramp ilk növbədə İsrail maraqlarından çıxış edir və Tel-Əvivin İrandan vurulma ehtimalı ciddi hesab olunur. Bəli, İranda hərbi obyektlərin vurulma ehtimalı yüksəkdir, ancaq bu zərbələr sarsıdıcı səviyyədə olmayacaq. Qərbdə İranı qoruyan bəzi təsirli qüvvələr var.
Bu fikirləri Sosdem.az-a açıqlamasında Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov deyib.
Onun sözlərinə görə Trampın Avropa İttifaqına və NATO müttəfiqlərinə qarşı siyasətində Türkiyənin rolu Avropanın hərbi və enerji təhlükəsizliyi baxımdan çox artıb:
“İranın vurulmasından sonra Türkiyə regionun mütləq söz sahibinə çevrilir. İran isə bu məsələdə Qərbdə bəzi qüvvələrin işinə yarıyır. Təsadüfi deyil ki, İranın Ali rəhbəri Əli Xamenei Tehranın vurulmaq ehtimalına etdiyi xəbərdarlığını Türkiyəyə də aid edib. Bu günlərdə ABŞ-də Netanyahu-Tramp görüşünün əsas mövzusu İrandır.
Suriyada Bəşər Əsəd rejiminin devrilməsində sonra, Türkiyə ilə İsrailin maraqları hərb müstəviyə keçəcək səviyyədə toqquşur hərçənd ki, Suriya Bəşər Əsəd rejiminin devrilməsində Türkiyə, ABŞ və İsrailin birgə iştirakı deyilir. Ancaq İsrail-Türkiyə hərbi toqquşması mümkün deyil.
Qənaət belədir ki, əgər İran əhəmiyyətli dərəcədə zəiflədilirsə, paralel Türkiyə də zəifləməlidir ki, Türkiyə regionda mütləq hakim olmasın. Bu yanaşma köhnəlmiş olsa da, xüsusən də Trampdan sonra, bəzi Qərb ölkələri üçün şüuraltı düşüncə formasını aldığından masadan hələ də götürülməyib”.

Politoloqun sözlərinə görə Trampa qarşı impiçment qaçılmazdır:
“Onun prezidenti səlahiyyətlərinə başladığı andan qeyri adekvat, qeyri diplomatik davranışları, həmçinin ABŞ iqtisadi maraqları üçün təhlükəli gedişləri, hətta komandası daxilində ciddi fikir ayrılığı Trampın impiçmentini daha da tezləşdirir. Artıq məlumat var ABŞ-də Trampın impiçmenti proseduru başladılıb.
Ümümiyyətlə Trampın idarəçiliyi və Rusiya ilə ehtimal edilən əlaqələri, onun mümkün bütün variantlarla hakimiyətdən uzaqlaşdırılmasını mütləq zərurətə çevirir nəinki arzuladığı üçüncü prezidentlik.
Trampın impiçmenti məsələsi onun İranla bağlı planlarını da mane ola bilər.
İranın Rusiya, Çinlə dərinləşən münasibətləri də Trampın dediyi İranın “ağır vurulacağı”na mane olan amillərdəndir. Bu arada İran prezidenti Masud Pezeşkianın Azərbaycana gözlənilən səfəri “xahiş” mahiyyəti daşıyır. Azərbaycanın İsraillə münasibəti İrana xilas üçün kömək edə bilər”.