Xəbərlər

Bayden, yoxsa Tramp? Qərb, yoxsa Rusiya? – ŞƏRH

Dünya siyasətində əsaslı dəyişilikər gözlənilir, Qərb ya Rusiya udur?

Bəs Azərbaycana bu dəyişiliklər necə təsir edəcək?

Məsələylə bağlı danışan Milli Cəbhə Partiyasının başqan müavini, politoloq Vüqar Dadaşov bildirib ki, ABŞ-ın hazırki prezidenti Baydenin namizədliyini geri götürməsi dünyada gedən geosiyasi proseslərin əhəmiyyətli dərəcədə dəyişməsinə səbəb olacaq:

“ABŞ prezidentliyinə namizəd Donald Trampın təzyiqi Co Baydeni geri çəkilməyə məcbur etdi. Demokratlardan Co Baydeni kimin əvəzləməsindən asılı olmayaraq, Trampla mübarizə apara bilməyəcək.

Təbii ki, Ağ Ev siyasətinin Bayden kursu dəyişəcək. Trampdan sonra ABŞ-ın Avropa, NATO, Ukrayna, Yaxın Şərq, Çin, İran, Rusiya, Cənubi Qafqaz siyasətində əsaslı fərqlər müşahidə edəcəyik. Ukraynanın məğlubiyyətlə barışmağa məcbur edilməsinin, İsrailin daha çox dəstəklənməsinin, Çin və İranla sövdələşmənin, Türkiyə ilə soyuqlaşmanın ehtimalı çox yüksəkdir. Hindistana Trampın şəxsi münasibəti də pisdir.

Bir müddət əvvəl Vladimir Putinə ünvanlanan Baydeni, ya Trampı dəstəkləyirsiz, sualına, Rusiya prezidentinin Baydeni dəstəklədiyini bildirməsi, Conun vəziyyətini ağırlaşdırdı. Necə deyərlər Putin Baydenə “dəstək” verməklə öz istəyinə nail oldu. Putinin bu addımını ruslar “ayı xidməti” adlandırır.

Trampın Azərbaycanla bağlı siyasəti Avropa kontekstindən çıxacaq. Əlbətdə ki, ABŞ üçün müəyyən mənada Avropanın enerji və milli təhlükəsizliyi prioritet olmayacaq. Trampın rəhbərliyi altında ABŞ-ın bu siyasəti Avropanın parçalanmasını, daxili fikir ayrılığının dərinləşməsini sürətləndirəcək. Avropa ölkələri də öz enerji, milli təhlükəsizliyi ilə ayrı-ayrılıqda məşğul olmağa başlamalı olacaq. Avropa birliyinin pozulmasında prosesi sürətləndirən, Avropa İttifaqının rəhbərliyinə və parlamentinə radikalların gəlməsi də təsir edir”.

V. Dadaşov bildirib ki, Tramp siyasəti türk birliyinin güclənməsinə mane olmayacaq, əksinə:

“Azərbaycan, Türkiyə və digər türk dövlətlərinin yeni güc mərkəzi kimi oturuşmasına imkanlar yaradılacaq. Co Bayden hakimiyyətinin isə türk birliyinə qarşı olduğu məlumdur.

Qərbin Rusiya qarşıdurmasının Ermənistan meydanında da vəziyyət Rusiyanın xeyrinə möhkəmlənəcək. Sözsüz ki, Ermənistanın Rusiya caynağından qurtulması bütün variantlarda mümkün deyildi. ABŞ prezidentliyinə Trampın gəlməsindən ən razı qalan Rusiya olacaq. Zəngəzur dəhlizinə Rusiyanın nəzarəti reallaşa bilər. ABŞ dərin dövlətinin buna imkan verəcəyi isə sual doğurur”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu