Qərb-Rusiya toqquşmasi Yerevandan başlayır – Politoloq
Ermənistan KTMT, Avrasiya ittifaqı və MDB çıxacaq.
Bunu Sosdem.az-a açıqlamasında Milli Cəbhə Partiyasının başqan müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə deyib.
O bildirib ki, Ermənistan Avropa İttifaqına üzvülüyünün başlanmasına dair qanunu təsdiqləyib:
“Ermənistan Rusiyanın orbitində Avrasiya İttifaqının, KTMT, Gömrük İttifaqı üzvüdür. N.Paşinyan Avropa İttifaqına üzvülük sənədini təsdiqləməklə, Moskvaya qarşı yeni cəbhə açmış oldu. Avropa İttifaqına üzvülük üçün N. Paşinyan Rusiyanın orbitində olan bütün təşkilatlardan rəsmən çıxmalıdır.
Ermənistan Avrasiya İttifaqında daxilində Rusiya ilə iqtisadi əməkdaşlığa görə ötən il 15 milyard ticarət dövriyyəsi olub. Bu, Ermənistan üçün kifayət qədər böyük bir rəqəmdir. Paşinyan Avrasiya İttifaqından çıxmaqla iqtisadi əlaqələri tam zəifləyəcək. Nəticədə Ermənistan iqtisadiyyatında kifayət qədər problemlerə yol açacaq. Həmçinin Rusiya Ermənistana qarşı iqtisadi və siyasi təzyiqlərə əl atacaq”.
Politoloqun sözlərinə görə Ermənistanın Avrointeqrasiyası Rusiya ilə münasibətlərinin kəskinləşməsi ilə davam edəcək:
“Əsl həngamə Ermənistanın üzvü olduğu təşkilatlardan çıxmaq barədə qərarlar qəbul edəndə olacaq. Bu il Ermənistan üçün çətin və mürəkkəb bir mərhələ başlayır. Cənubi Qafqazda Qərb Rusiya toqquşmasi Yerevanda başlayır”.