Xəbərlər

Prokurorluq fəaliyyətinin təkmilləşdirilməsi – Hüquqşünas

Qanunların icra edilməsinə nəzarət edən nadzor orqan məhz prokurorluqdur. Etiraf etmək lazımdır ki, prokurorluq de-fakto qanunverici hakimiyyətə, icra edici hakimiyyətə və məhkəmə hakimiyyətinə səlahiyyətləri çərçivəsində müdaxilə edə bilmir.

Bunu sosdem.az-a açıqlamasında Milli Cəbhə Partiyasının başqan müavini, hüquqşünas Vüqar dadaşov deyib. O bildirib ki, hətta bəzi icra edici orqanlarda müstəqil şəkildə istintaq idarələri yaradılıb:

“Ədliyyə Nazirliyi tərkibində Gömrük Komitəsində, Vergilər Nazirliyində istintaq orqanları faktiki olaraq müstəqil fəaliyyət göstərir və faktiki olaraq Prokurorluq orqanlarının nəzarətində deyil. Bu hal təbii korrupsiyaya şərait yaradan amillərdən olmaqla , eləcədə pərakəndəlik, vahid idarəçilik olmadığından nəzarətsizliyə (nadzor) səbəb ola bilir. Təkrarçı və demək olar ki, müstəqil fəaliyyət göstərən müxtəlif istintaq idarələrin dövlət büdcəsinə yükdür həmdə, artıq məmur ordusudur. Bunun həli üçün prokurorluq orqanlarının səlahiyyətləri genişləndirilməli, praktik olaraq qanunverici, icra edici və məhkəmə hakimiyyəti üzərində nadzorluq səlahiyyətləri faktiki tam bərqərar olmalıdır.


Prokurorluq Məhkəmə hakimiyyətinə aid orqandır və ancaq nadzor funksiyası yerinə yetirilməlidir. Ən vacib şərtlərdən biridə budur ki, prokurorluqdan bəzi funksiyalar, o cümlədən, dövlət ittihamçısı funksiyası və idarəsi ayrılmalı müstəqil fəaliyyəti təşkil olunmalıdır və ona da digər orqanlara olduğu kimi məhz prokurorluq nadzorluq etməlidir”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu