PKK silahı buraxacaq? – Siyasi şərhçi

PKK terror təşkilatının həbsdəki lideri A. Öcalan təşkilatın buraxılması və silahı yerə qoymağa çağırdı. Beynəlxalq və regional şərtlər dəyişib. Suriyada YPG-PKK fəaliyyət göstərməsi mümkün olmayacaq. Şimali İraqda Türkiyə hərbi əməliyyatları genişləndirib. ABŞ-la Avropa İttifaqı arasında siyasi ayrılma baş verir.
Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Məhəmməd Əsdullazadə deyib.
“Avropa ölkələri Türkiyə ilə siyasi və təhlükəsizlik sahəsində əməkdaşlığı inkişaf etdirməyi planlaşdırır. Ona görə də Avropa ölkələri PKK öz ərazisində fəaliyyətinə imkan verməyəcək. A. Öcalanın çağırışı PKK terror təşkilatının de-yure son verilməsidir. A. Öcalanın çağırışına cavab verməyənlərin fəaliyyəti çox qısa çəkəcək. Qeyd edim ki, A. Ocalana DEM partiyası dəstəkləyir. Türkiyə Böyük Millət Məclisində təmsil olunan DEM partiyası prosesə dəstək verməsi, PKK kifayət qədər parçalayacaq və təşkilatın davam etməsi sual altında olacaq”, – ekspert əlavə edib.
Politoloq bildirib ki, bu günə kimi PKK-nın şəksiz lideri Öcalan olub.
“APO kimi tanınıb və onun sözü şəksiz qəbul edilib. Norveç, Almaniya bu terror təşkilatının üzvülərinə qarşı əməliyyat aparacaq. İsrail və bəzi ölkələrin PKK dəstəyi uğurlu olmayacaq”, – şərhçi deyib.
