Xəbərlər

Pezeşkian Zəngəzur dəhlizinə “hə” deyəcəkmi? – gözlənti

Azərbaycan türkü Məsud Pezeşkian yüksək səs çoxluğu ilə (ümumi səslərin 53,6 %-i) İran İslam Respublikasının Prezidenti seçildikdən sonra rəsmi Tehranın qonşularla bağlı siyasətində hansı korrektələrin ediləcəyi maraqlıdır. 

Milli Cəbhə Partiyasının başqan müavini, politoloq Məhəmməd Əsədullazadə isə “Yeni Müsavat”a bildirdi ki, İran Cənubi Qafqazda İkinci Qarabağ müharibəsindən sonra yaranan yeni siyasi nizamı ağrılarla qarşıladı: 

“Hətta Ermənistanı təşviq edirdi ki, sülh müqaviləsi bağlanmasın. Azərbaycana qarşı hərbi təzyiqlər və siyasi təhdidləri artırmışdı. Nəticədə Tehran rejimi özü geri addım atdı. Azərbaycanla mərhum prezident İ.Rəisi danışıqlara getdi və müəyyən razılaşmalar əldə edildi. Hesab edirəm ki, may ayında Araz çayı üzərində Qız Qalası Hidroqovşağının açılışında Azərbaycan və İranın mərhum prezidenti ilə Zəngəzur dəhlizinin açılması və Tehranın buna mane olmayacağı barədə razılaşma əldə edilib. Çünki bu görüş çox müsbət atmosferdə keçdi və əldə edilən razılaşmalar iki dövlət başçısı tərəfindən yüksək səviyyədə qəbul edildi və bu son 30 ildə İran Azərbaycan arasında əldə edilmiş ən böyük mehriban anlaşmalar idi. Rəisinin qəzaya düşməsindən sonra keçirilən seçkidə hakimiyyətə islahatçı qanad gəldi. Azərbaycanlı prezident Məsud Pezeşkian qonşularla əlaqələrə üstünlük verəcəyini qeyd edir”. 

M.Əsədullazadə hesab edir ki, yeni prezident Ali dini rəhbərin göstərişinin təlimatı ilə gedəcək: 

“Amma istisnalar da olacaq. Yeni prezident Qərblə əlaqələri inkişaf etdirmək və Azərbaycanla münasibətlərin yüksək səviyyəyə qaldırılması istiqamətində əldə edilən razılaşmalari icra edəcək. Təsadüfi deyil ki, Azərbaycan prezidenti və rəsmilər son razılaşmaların yerinə yetirilməsini İranın indiki rəhbərliyindən gözlədiyi mesajlarıni verir. Burada Zəngəzur dəhlizinin açılmasına mane olmayacağı və Araz dəhlizinin də eyni paraleldə işləyəcəyi razılaşdırılıb. Düşünürəm ki, İranın yeni adminstrasiyası yeni reallıqlara uyğun addımlar atıb, Cənubi Qafqazda əməkdaşlığa üstünlük verəcək. İranın Ermənistan siyasəti dəyişəcək. Çünki ABŞ və Avropa Ermənistanda öz hərbi qüvvələrini toplayır. Ermənistandakı İran səfiri mənşəcə ermənidir və hər həftə təlimatı Robert Köçəryanla görüşüb, ondan alır”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu