Xəbərlər

“Pensiyaçının nəvəsini parka aparmağa pulu olmalıdır… – Deputat

Hər zaman Azərbaycanda maaşların və müavinətlərin azlığından narahatam.

Sosdem.az xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının başqan müavini, deputat Razi Nurullayev “Cebheinfo.az”a deyib.

Millət vəkili təəsüflə bildirib ki, pensiya, müavinət yaşayışı üçün kifayət etmir:

“Mən bilirəm ki, hökumət də bu məsələdən narahatdır və istəyir ən azından elə bir səviyyəyə çatsın ki, insanların normal yaşayışına bəs edə bilsin. Təəssüflər olsun ki, bu gün nə yaşa görə pensiya, müavinət, hətta 5 uşaqla bağlı “uşaq pulu” həmin ailələrin yaşayışı üçün kifayət etmir. Xüsusən məni ən çox narahat edən müavinət və yaşa görə pensiya alanlardır. 

Onlar çox aşağı məbləğ alırlar. Bütün yaşlı insanlar xəstəxanaya getməli, dərman almalı olurlar. Nəvələrini parka aparmağa, ona bir dondurma almağa ciblərində pul olmalıdır. Bu, ümumiyyətlə, postsovet ölkələrinin problemidir”.

Deputat maaş və pensiyaların artırılmasının vacibliyini qeyd edib:

“Ona görə də hər zaman istəyim bu olub ki, biz müavinətlərin və pensiyaların artırılması ilə bağlı çox ciddi tədbirlər görək. Hər il müəyyən qədər artım olur. Ümumiyyətlə, bu istiqamətdə problemlə bağlı məsələləri qaldırırıq. 

Ümid edək ki, növbəti illərin büdcəsində pensiyaçıların və müavinət alanların aldığı vəsaitdə ciddi artımlar olacaq. Mən bunun üçün əlimdən gələni etməyə hazıram. Prezident də bu istiqamətdə zaman-zaman müəyyəm sərəncamlar imzalayır. Ümid edək, büdcədə elə bir vəsait olacaq ki, bu artımlar yaşayış üçün bəs etsin”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu