Xəbərlər

Paşinyanın hədəfi Moskvanı neytrallaşdırmaqdır… – Politoloq

Ermənistanda Baş nazir Nikol Paşinyanın “üçbaşlı müxalifət” adlandırdığı keçmiş prezident Robert Koçaryan, iş adamı Samvel Karapetyan və digər revanşist qüvvələrə karşı hüquqi təzyiqləri artırması ölkənin daxili və xarici siyasətində gərginliyi pik həddə çatdırıb. Paşinyan xalqın bu fiqurların kimliyini yaxşı anladığını və seçkidən sonra ciddi addımların atılacağını dəfələrlə bəyan edib.

Bunu Sosdem.az-a Ermənistandakı son siyasi həbsləri, Paşinyan-Koçaryan qarşıdurmasını və regiondakı yeni dinamikanı şərh edərkən Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.

“Paşinyan Rusiya Təsir Şəbəkələrinə Qarşı Mübarizə Aparır”

Ekspert hüquqi proseslərin dərinləşmə səbəblərini və xarici amilləri vurğulayıb:

“Paşinyan hakimiyyəti hesab edir ki, bu qüvvələr Ermənistanda siyasi sabitliyə təhdid yaradır və onların arxasında Rusiyanın təsir şəbəkələri dayanır. Bu proseslər birbaşa olaraq Nikol Paşinyanın həyata keçirdiyi siyasətə qarşı təzyiq kimi qiymətləndirilir. Paşinyanın siyasəti açıq şəkildə Qərbyönümlü istiqamətə dəyişib, Koçaryan və onun ətrafındakı qüvvələr isə daha çox Rusiya ilə yaxın münasibətlərin tərəfdarı kimi çıxış edirlər”.

“Müxalifət Referendum Və Parlament Prosesini Bloklamaq İstəyir”

MCP rəsmisi Koçaryan və tərəfdarlarının əsas planlarını və hakimiyyətin cavab addımlarını qiymətləndirib:

“Təbii ki, Robert Koçaryanın həbsi müəyyən mənada siyasi hesablaşma kimi də dəyərləndirilə bilər. Lakin bu qüvvələr parlamentin fəaliyyətinə mane olmaq, eləcə də Konstitusiya referendumunun keçirilməsinin qarşısını almaq istiqamətində addımlar atmağa çalışırlar. Buna görə də Koçaryanın həbsi həm hüquqi, həm də siyasi müstəvidə qiymətləndirilə bilər”.

“Keçmiş Rəhbərlərin Həbsi Regionda Yeni Siyasi Ənənədir”

Şərhçi prosesin regional miqyasda daşıdığı əhəmiyyətə diqqət çəkib:

“Hakimiyyət dəyişikliklərindən sonra əvvəlki rəhbərlərin həbsi tendensiyası regionda yeni siyasi ənənəyə çevrilir. Gürcüstanda da buna bənzər proseslərin şahidi olmuşuq. Ermənistan nümunəsində isə Koçaryanın həbsi ölkənin daxili siyasəti ilə yanaşı, Ermənistanın Qərblə və Rusiya ilə münasibətlərinin gələcək istiqamətinə də təsir edə biləcək hadisədir”.

Bir cavab yazın

Back to top button