Xəbərlər

Paşinyan “Tarixi Ermənistan”dan “Real ermənistan”a… – ŞƏRH

Ermənistan baş naziri Paşinyan regionlarda keçirdiyi görüşlərdə “Tarixi Ermənistandan” imtina edərək, “Real Ermənistan” proqramını qeyd edir. Mövcud siyasi vəziyyətin Ermənistanın dövlətçiliyi üçün uğurlu olduğunu diqqətə çatdırır, erməni əhalisinə reallıqları qəbul etməyi və indiki sərhədlər daxilində dövlətçiliyi möhkəmləndirməyin əsaslarını təbliğ edir.

Sosdem.az-a danışan Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirib ki, Paşinyan bununla seçki qabağı müxalifətin onun üzərinə Qarabağ məsələsində gəlməsini neytrallaşdırır.

“Paşinyan, ölkədə müxalifətin Qarabağ məsələsindən istifadə etməsinin real Ermənistan üçün təhlükəli olduğunu bəyan edir. O, Ermənistanda “Qarabağ hərəkatının” bitdiyini, buna imkan verməyəcəyini bildirib. Bununla Paşinyan kifayət qədər R. Koçaryan və S. Sarkisyan tandeminin üzərinə gedir.

Müxalifət isə, yenidən ənənəvi Qarabağ məsələsinə qayıdıb. Meydanlara Qarabağdan gedən ermeniləri çıxarmaq və onların geri qayıtması məsələsini qabartmaqla N. Paşinyana təzyiq etməyə çalışır. Bu müxalifətin uğursuz və köhnəlmiş metodudur. Məhz keçmiş prezident Sarkisyan Yerevanda tələbələrlə görüşündə vaxtı ilə Şuşanın işğal planın xəritəsini təqdim edib. Sarkisyan timsalında keçmiş liderlər hələdə öz “qalibiyyətlərinin” kölgəsində gizlənməklə, Ermənistan siyasi cəmiyyətində qələbə axtarır. Amma, unudurlar ki, erməni əhalisi onları yenidən Baqramyan küçəsində hökumət evinə gətirməyəcək. S. Sarkisyan tələblərlə görüşündə Qarabağ məsələsini gündəmə gətirməklə, revanşist açıqlamalar verib”, – ekspert deyib.

Şərhçi qeyd edib ki, Ermənistan müxalifət eyni ritorikadadir, seçkiyə Qarabağ məsələsini əlində şuar tutaraq gedir.

“Hələ də müxalifət Paşinyanı erməni ərazilərini təhvil verməkdən günahlandırırlar. Paşinyan da onlara cavab olaraq “hansı əraziləri təhvil verdim”, deyərək sual verir?! Bir növ Paşinyan müxalifəti yenidən Azərbaycana qarşı ərazi iddialarını gündəmə gətirməkdə ittiham edərək, onların müharibədə maraqlı olduğunu xalqa çatdırır. Əslində Sarkisyan və Koçaryanın Qarabağ məsələsindən istifadə etməsi Paşinyanın maraqlarına cavab verir. Çünki, xalq Qarabağ məsələsini qəbul etmir və yeni müharibəni rədd edir. Bu da müxalifətin seçkidə məğlubiyyəti deməkdir”, – siyasi şərhçi bildirib.

Siyasi ekspert deyib ki, Ermənistan müxalifəti Azərbaycanla sülhə mane olan əngəlləri götürməsini Paşinyandan tələb etmir.

“Əslində isə normal müxalifət Paşinyanı sülh müqaviləsini gecikdirməkdə ittiham etməlidir. Əgər, Ermənistanda müxalifət sülh gündəliyini öz proqramına salarsa, seçkilərdə qələbə qazana bilərlər. Təbii ki, sülh proqramı şüar deyil, konkret əsaslara söykənməli və Azərbaycanda buna etiraz etməməlidir. Amma, Ermənistan müxalifəti isə, Paşinyanı müharibə etməməkdə ittiham edir. Belə olan təqdirdə müxalifətin qələbə əldə etməsi mümkün olmayacaq. Ermənistanda qalib görünən hələki reallıqları qəbul edən Paşinyan və onun komandasıdır”, – ekspert bildirib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu