Xəbərlər

“Azərbaycanın bu məsələdə mövqeyi qətidir” – DEPUTAT

“Nikol Paşinyan məhz Azərbaycanla sülh müqaviləsi bağlayan Ermənistan lideri olaraq tarixə düşmək istəyir”.

Sosdem.az xəbər verir ki, bu sözləri Yenicag.az-a Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev deyib.

Deputat Ermənistanda növbədənkənar seçkilərin keçirilməsinin mümkün olması barədə erməni mətbuatının yaydığı məlumatı şərh edib.

“Ermənistan Azərbaycanla sülhə nail olmaq üçün konstitusiyasını dəyişdirməlidir. Azərbaycanın bu məsələdə mövqeyi qətidir, dəyişilməzdir. Bu, belə görünür, belə də olacaq. Paşinyanın son çıxışında irəli sürdüyü bir təklif var ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi hər hansı bir üçüncü ölkədə və ya Azərbaycanla Ermənistan sərhədində bağlana bilər. Eyni zamanda da ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı bəyanat da verilə bilər”, – millət vəkili deyib.

MCP başqanı qeyd edib ki, Ermənistan Azərbaycanın şərtlərini yerinə yetirmədən sülh müqaviləsi bağlanması mümkün deyil.

“Mənə belə gəlir ki, bu, kifayət deyil. Azərbaycan bununla razılaşmayacaq. Ona görə ki, Azərbaycan bu qurumun ləğv olunmasını istəyir. Ermənistanın bununla bağlı müraciəti olmalıdır: 1. Bu məsələ geriyə dönüş olmadan gərək həllini tapsın; 2. Konstitusiya dəyişdirilsin.

Bundan başqa, ortada olan digər bir çətinlik də var. Bu ondan ibarətdir ki, Ermənistan istəyir ki, Azərbaycan Ermənistan bağlı beynəlxalq platformalarda qaldırdığı iddialardan əl çəksin. Yəni Azərbaycan işğal dövründəki 30 illə bağlı heç bir kompensasiya tələb etməsin. Məsələ burasındadır ki, bu da mümkün deyil. Həm də ortada Qərbi Azərbaycan məsələsi, Qərbi Azərbaycan icması var. Ermənistan da Qərbi Azərbaycan icmasının ləğv olunmasını istəyir. Bu da mümkün deyil, çünki qərbi azərbaycanlılar öz dədə-baba yurdlarına qayıtmaq istəyirlər.

Təbii ki, Paşinyan başa düşür ki, Azərbaycanın tələblərini yerinə yetirmədən bunlar həyata keçməyəcək. Ona görə də tam olaraq öz reytinqini itirməmiş həm Konstitusiyaya dəyişiklik etmək və eyni zamanda, Azərbaycanın irəli sürdüyü tələbləri yerinə yetirməklə Azərbaycanla sülh müqaviləsinə nail olsun”, – deputat bildirib.

Razi Nurullayev Paşinyanın Azərbaycanla sülh müqaviləsi bağlayan ilk lider olmaq istədiyini qeyd edib.

“Mənə elə gəlir ki, Paşinyan məhz tarixi Azərbaycanla sülh müqaviləsi bağlayan Ermənistan lideri olaraq tarixə düşmək istəyir. Ən düzgün olan yol da budur. Bəlkə də o daha çox reallığı görən və gələcəyi qiymətləndirən Baş nazirdir. Çünki bilir ki, Azərbaycanın artan iqtisadi və hərbi gücü qarşısında heç nəyə tab gətirə bilməyəcək. Nə qədər okeanın o tərəfindən, həmçinin Avropadan onlara kömək edilsə də, yenə də Azərbaycanın gücü qarşısında tab gətirə bilməz. Bu baxımdan, Ermənistan Azərbaycanla sülh müqaviləsini Azərbaycanın irəli sürdüyü şərtlər altında bağlamağa məhkumdur”, – partiya başqanı deyib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu