Xəbərlər

“OV”, “YEV” soyadları rus, yoxsa türk mənşəlidir? – Vüqar Dadaşov

Son dövrlərdə soyad sonluğu ilə bağlı mübahisələrə rast gəlirəm. Bizdə elə təsəvvür yaranıb ki, güya “OV”, “YEV” soyad sonluğu ruslara aiddir və ya rus mənşəlidir. Ancaq kök və mənşəcə “ov”, “yev” soyad sonluğu türk, daha dəqiqi isə tatar mənşəlidir və ruslar da bu soyad sonluğunu tatarlardan götürüblər.

Bunu Sosdem.az-a açıqlamasında Milli Cəbhə Partiyasının başqan müavini, hüquqşünas Vüqar Dadaşov deyib.

O qeyd edib ki, “ov-yev” soyad sonluqlarının mənası ‘oba’, ‘ev’ deməkdir:

“Moğol-tatar iqasının slavyan xalqları, o cümlədən ruslar üzərində çox əsirlik hökmranlığının təsiri danılmazdır. İndiki rus soyad sonluqları və ələlxüsus da soyadların özləri belə türk kökənlidir. Rusiyanın əksər zadəgan ailələri, yüksək təbəqəsi, nəsillər belə türk əsillidir.

Qaldı ki, digər slavyan xalqlarına, hələ IV, V-ci əsrlərdə Böyük Hun imperatoru Atillanın Avropaya yürüşündən sonra yerli zadəgan və valilər hunlara aid olduğunu göstərmək üçün türk ad və soyad, ləqəb və totemlərdən geniş istifadə edib.

XXIII-XXIV əsrlərdə, yəni sonrakı dövrlərdə də Moğol-Tatar Qızıl Orda Şərqi Avropaya yürüş edib, əsarətdə saxlayıb və hətta daimi əsaslarla məskunlaşıb. Ona görə də Şərqi Avropada və xüsusən də slavyan xalqlarında da türk mənşəli soyadların mövcudluğu tarixi prosesin təbii nəticəsidir.

Bəli, bu da həqiqətdir ki, “ov”, “yev” soyad sonluqları indi rusların milli soyad sonluğu kimi qəbul edilir. Şəxsimə gəldikdə isə, araşdırmalar aparandan sonra, soyadımızda ailəliklə dəyişiklik etmədik. Əlbəttə ki, soyad sonluğu kimi, “oğlu”, “soy”, “lı”, “li”, “i” sonluqları qəbul edilmiş türk mənşə soy işarəsidir”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu