Xəbərlər

Oruc tutmayanlara nə GÜNAH yazılır? – DİNŞÜNAS

İslamın təməl ibadətlərindən biri olan orucun məhz Ramazan ayında tutulması vacib buyurulub. Bu ayda oruc tutmaq İslamın beş şərtindən biridir. Bir çoxları İslamın ilk şərti olan namazı qılmasalar da, hər il oruc tuturlar. Ramazanda oruc tutmağın savabı olduqca yüksəkdir.

Bəs oruc tutmayanlar günah qazanırmı, hansı günahın sahibi olur və bədəlini necə ödəməlidir?

Milli Cəbhə Partiyasının başqan müavini, İlahiyyatçı Tural İrfan məsələyə belə münasibət bildirib.

“İqtidarı, imkanı və oruc tutmağa mükəlləf olan müsəlmanın bilərəkdən oruc tutmaması böyük günahlardan hesab olunur və bunun üçün Şəriətdə “kəffarə” deyilən bir ödəniş növü var. Şəxs bir ay tutmadığı oruca görə 60 gün oruc tutmalıdır. Yaxud 60 nəfər acı doydurmalı, onlara yemək verməlidir. İstənilən halda oruc tutmayan üçün bu günah çox ağır yükdür.

Amma bilirik ki, cəmiyyətimizdə bu gün bilərəkdən oruc tutmayanların sayı azdır. İş rejimi, dövrün sosial vəziyyəti və insanların səhhətində kifayət qədər problemlərin olması buna səbəbdir. Heç kim kefindən orucdan imtina etmir. Bu baxımdan zərurət və məcburiyyət qarşısında oruc tutmayanlara, ümumiyyətlə dinin rəyi də budur ki, onlara günah yazılmır. Bir sözlə gücü yetməyən insanın oruc tutmaması qətiyyən günah deyil”, – dinşünas deyib.

İlahiyyatçı Ramazan ayının sonunda fitrə-zəkatın oruc tutan, həmçinin tutmayanlar tərəfindən də verilməsini vacib sayır.

“Tutaq ki, ailədə 5 nəfər varsa, adambaşına 2 kq buğda, arpa, xurma, kişmiş, yaxud indiki dövrə uyğun 5-15 manat arası məbləğdə fitrə versinlər. Bununla oruc tutmayanlar bir növ günahlarından sığortalanmış olarlar ki, heç olmaya həmin məsələdə müsəlmanlarla həmrəy və sosial əlaqələrdə yardımçı olublar”, – ekspert qeyd edib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu