Xəbərlər

“Onlar üçün vəzifə insan həyatından daha önəmlidir…” – Ehtiram Mehdiyev

İkinci sinif şagirdinin məktəbdə bu vəziyyətə düşməyi yaxşı hal deyil. Bu hadisə təhsil ocağında nizam-intizamın hansı vəziyyətdə olduğunu göstərir.

Milli Cəbhə partiyasının (MCP) sədr müavini, deputat Razi Nurullayevin köməkçisi Ehtiram Mehdiyev paytaxt məktəblərindən birində baş verən hadisəyə münasibət bildirib. Sədr müavini qeyd edib ki, azyaşlının zədələnməsi hadisəsinin məktəb rəhbərliyi tərəfindən ört-basdır edilməsi yolverilməzdir:

“Düzdür, səhv etmirəmsə hadisə bir müddət əvvəl məktəbdə uşaqların təsadüfən toqquşması nəticəsində baş verib. Amma bu təsadüfən olsa belə, direktorun və müəllimin hadisəyə etinasız və məsuliyyətsiz yanaşaraq vaxtında reaksiya verməməsi yolverilməzdir və hətta qaydalara zidd əməldir.

Necə ola bilər ki, təhsil ocağında bir qız uşağının gözü o vəziyyətə düşsün, müəllim öz adına və məktəbinə töhmət gəlməsin deyə uşağa ilkin tibbi yardım göstərilməsi ilə bağlı addım atmasın?!

Çox heyf, çox… Müəllim adına da, təhsil adına da! Qeyd edim ki, bir çox idarə və təşkilatlarda baş verən bu kimi hadisələrə rəhbərlik tərəfindən eyni reaksiya (qara işçinin canı cəhənnəmə) verilir. Çünki onlar üçün vəzifə insan həyatından daha önəmlidir”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu