Kasıbın komasında, kəndlinin tarlasında…
İlkin nəticələrə görə Milli Cəbhə Partiyası – MCP-nın başqanı, 81 saylı İmişli seçki dairəsindən deputatlığa namizəd Razi Nurullayev qalibidir. Əslində bu nəticəyə şübhəm yox idi. Səbəbini ən qısa, sadə formada anlatmağa çalışım.
Razi Nurullayev deputatlığı zamanında:
İmişlini kənd-kənd, ev-ev, qarış-qarış gəzdi. İmişli sakinlərinin yanında oldu, evində, komasında oldu, tarlasında, iş yerində, xeyirində, şərində oldu.
Varlı, kasıb demədi, iş adamı, fəhlə demədi, fərq qoymadı, hər kəsə dost oldu, dayaq oldu, haqqın yanında oldu.
Vətəndaşı qəbul etdi, amma bununla kifayətlənmədi, vətəndaşla görüşdü, onun kəndində, məhləsində küçəsində, evində görüşdü. Problemlərlə yerində maraqlandı, yerində həll axtardı.
Kasıbın, imkansızın qapısını döydü, halını soruşdu, xəstəni ziyarət etdi, onlara dərman oldu, dərdlinin halına yandı, dərdinə şərik oldu.
Ən ucqar kəndlərə, yerlərə getdi, unudulmuşları xatırlatdı. Sakinlərin dərdini-sərini işıqlandırdı, sosial şəbəkələrdə, mediada, parlamentdə səsləndirdi, İmişlinin səsi oldu.
Rayonun neçə-neçə paslanmış, üstünü toz basmış problemlərini üzə çıxartdı, həll etdi. Məsələn qazsız kəndlərin qazlaşdırılmasında, İmişli futbolunun yenidən formalaşmasında, inkişafında böyük rol oynadı.
Uşaq pulu, pensiya yaşı, ünvanlı sosial yardım, əlilliyin təyinatı, sənədsiz evlər, səhiyyə, təhsil, qızların təhsili kimi xalqı yaxından maraqlandıran, narahat edən bir çox ciddi məsələlər haqqında həm parlamentdə, həm mediada vətəndaşın maraqlarından çıxış edərək dəfələrlə danışdı, təkliflər irəli sürdü.
Şəhid ailələrinin, qazilərin yanında oldu…
Susmadı, bir yerdə durmadı, çalışdı, çalışdı. Və xalqın adamı oldu…
Bu sadaladıqlarım görülən işlərin cuzi hissəsidir və sirr deyil. Bütün bunların əyani sübutları sosial şəbəkələrdə, sosial mediada, yəni əlinizdəki telefonunuzda minlərlədir…
Zəfəriniz qutlu olsun, bəy!
Gözünüz aydın, gözümüz aydın, təşəkkürlər İmişli camaatı!
Vüsal Qarayev – Milli Cəbhə Partiyasının Mətbuat Şöbəsinin müdiri