NATO Polşaya görə Rusiyaya cavab verəcək? – ŞƏRH

ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə Vaşinqtonda Azərbaycan prezidenti ilham Əliyev ilə Ermənistan baş naziri Nikol Paşinyan arasında sülh müqaviləsinin paraflanması, Zəngəzur dəhliziyi ilə bağlı razılığın əldə edilməsi təbii ki, Rusiyanın Cənubi Qafqazla bağlı planları üzərindən xətt çəkdi. Rusiya SSR dağıldıqdan sonra, Cənabi Qafqaz respublikalarını, xüsusən də Azərbaycan və Ermənistanı Qarabağ kartından istifadə etməklə nüfuz dairəsində saxlayırdı. Gürcüstanı da Abxaziya və Osetiya vasitəsi ilə.
Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov deyib.
Ekspert bildirib ki, Vaşinqton razılaşması Rusiyanın imkanlarını məhdudlaşdırıb:
“Minsk qrupunun da buraxılması Rusiyanı yeni təsir imkanlarının yaradılması üçün hərəkətə sövq etdi. Sözsüz ki, Rusiya Qafqazdan çıxmaq fikri yoxdur. Ancaq, Rusiya Ukraynada apardığı müharibəyə ABŞ-nin müdaxilə etməməsi müqabilində, Amerikanın təşəbbüsü ilə əldə olunmuş, Ermənistan və Azərbaycan arasında, həm də Zəngəzur dəhlizi ilə bağlı razılaşmanı qəbul edə biləcəyinə işarə edirdi. Rusiya Ukrayna tələblərindən geri çəkilmədiyinə görə, ABŞ Tramp və Putinin Alyaska görüşündən sonra Ukraynaya hərbi dəstəyini artırdı və hal-hazırda Ukrayna uğurlu əks hücumlar həyata keçirir.
Digər tərəfdən, Vaşinqtonda razılaşmasından sonra, Ermənistanla Azərbaycan arasında siyasi-diplomatik əlaqələrin bərpası, iqtisadi və komunikasiya xətlərinin qurulması, eləcə də paralel olaraq Türkiyə və Ermənistan əlaqələrinin bərpası, sərhədlərin açılması regionda münaqişə ehtimalını sıfırlayır. Bu halda Rusiyanın Cənubi Qafqazda yeganə Ermənistanda qalan hərbi bazalarına ehtiyac aradan qalxır. Rus qoşunlarının Ermənistandan da çıxarılması nəticə etibarı ilə bütünlüklə Rusiyanın Cənubi Qafqazı itirməsi deməkdir. Ona görə də Rusiya Cənubi Qafqazda mövcudluğunu qorumaq üçün yeni planlarla hərəkətə keçib.
Rusiya Xaric işlər naziri Lavrov verdiyi açıqlamada Zənqəzur dəhlizi haqqında “razılaşdırmamış məqamlar var”, deyə qeyd edib. Lavrov iddia edib ki, Vaşinqtonda Ermənistan və Azərbaycan arasında razılaşma 2020-2022-ci illərdəki üçtərəfli sazişlərə əsaslanır. Təbii ki, bu Rusiyanın regionda mövqeyini qorumağa cəhdi, həm də Moskvanın hələ də prosesdə söz haqqının olduğunu göstərmək istəyidir. Ancaq, Kreml ehtiyatlı diplomatik ritorikadan istifadə edir”.

MCP rəsmisi vurğulayıb ki, Rusiyanın Polşa ərazisinə İranın “Şahid” PUA-ları ilə kütləvi müdaxiləsi, Rusiyanın istəklərinin ciddiyə alınması xəbərdarlığı kimi dəyərləndirilməlidir:
“Həmçinin, Rusiyanın Ukrayna müharibəsinindən sonra, nümayişkarcasına NATO üzvü Polşa ərazisinə hərbi müdaxiləsi NATO birliyinin, ən əsası ABŞ-nin müttəfiqlərinə real münasibətinin yoxlanılması məqsədi də daşıya bilər. Ancaq, fakt budur ki, Rusiyanın Polşa ərazisinə müdaxiləsinə NATO-nun reaksiyası Moskvanın gələcək hərbi davranış İstiqamətini müəyyən edəcək. Hələlik isə, kollektiv Qərbin verdiyi reaksiya əhəmiyyətsizdir. Rusiyanın açıq şəkildə NATO-ya meydan oxuması ən azı Çin, Şimali Koreya, İran kimi dövlətlərin razılığı ilə mümkün ola bilər. Ancaq, Rusiyanın bu əməliyyatından sonra Ukraynaya hırbi yardım əhəmiyyətli və keyfiyyətli dərəcədə artacaq. Ukrayna Qərbin müdafiə xəttidir.
Təbii ki, Rusiya Ermənistana və Azərbaycana təsir imkanlarını itirdikdən sonra, öz mövzudluğunu qorumaq üçün müəyyən hərbi adımlar ata bilər. İlk növədə, Ermənistanda hakimiyyət dəyişikliyi, hətta bunun hərbi yolla həyata keçilməsi mümkün sayılır. İndiki vəziyyətdə, Rusiyanın Cənabi Qafqazda ən etibatlı siyasi dayağı məhz Gürcistanda faktiki hakimiyyətə nəzarət edən “Gürcü arzusu”dur. Rusiyanın Gürcüstanla bağlı açıq addımları mümkündür, hansı ki, Gürcüstan vasitəsi ilə regionda hərbi mövcudluğunu təmin edə bilər”.