Müxalifət Rusiyanın vasitəçiliyinə çalışır – MCP başqanı

Azərbaycan və Ermənistan arasında keçirilən görüşlərin heç biri mübahisəsiz olmayıb, çox vaxt qarşılıqlı ittihamlarla, ermənistan müxalifətənin səbrsizliyi ilə yadda qalıb.
Bunu Avstriyanın paytaxtı Vyanada Azərbaycan və Ermənistan müxalifət liderlərinin görüşündən sonra Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev mediaya açıqlamasında deyib.
“Erməni müxalifəti Paşinyanı həddən artıq güzəştlərdə ittiham edir, Azərbaycanın sülh sazişini gecikdirdiyini iddia edir, hər zamankı kimi səbirsizlik göstərir.
Azərbaycan isə təkid edir ki, bütün məsələlər həll olunmadan sülhə tələsmək olmaz. Əsas tələblərə aşağıdakılar daxildir: Ermənistan konstitusiyasına dəyişiklik etməsi, Yerkrapanın sərhəddəki təxribatlarına son qoyulması, Qərbi azərbaycanlıların geri qayıtmaq hüququnun tanınması, Qarabağ rejiminin qalıqlarının ləğvi və ATƏT-in Minsk Qrupunun ləğvi”, – MCP başqanı deyib.
“Ermənistan müxalifəti Rusiyanın vasitəçiliyi ilə danışıqları yenidən başlatmağa çalışır və hakimiyyətə gələrsə, Paşinyanın addımlarını geri qaytaracağına söz verir”, deyən deputat, “Azərbaycan öz aydın mövqeyini bir daha təsdiqləyib və davamlı regional sülhün təmin edilməsi üçün obyektivliyə çağırır”, deyə əlavə edib.

