Müstəqillik günü qazilərlə görüş

Milli Cəbhə Partiyasının Salyan təşkilatının sədri Ruslan Məmmədov Şirvan reabilitasiya mərkəzində müstəqillik gününə həsr olunmuş tədbirdə əlilliyi olan şəxslər, qazilər, şəhid ailələri ilə görüşb.
Tədbirdə əlilliyi olan şəxslərin əl işləri və digər istedadları da nümayiş etdirilib.
Reabilitasiyada müalicə alanlar ümumilikdə dövlətin qayğısından razı olduqlarını hər növ dərman və digər əlil üçün köməkçi vasitələrlə vaxtı vaxtında təmin olunduqlarını söylədilər.
Qeyd edək ki Şirvan Reabilitasiya Mərkəzi əlilliyi olan şəxslərin kompleks tibbi, sosial-psixoloji reabilitasiyasının həyata keçirilməsi üçün nəzərdə tutulan regional müəssisədir.
Reabilitasiya mərkəzi 2 və 3 nəfərlik palatalardan ibarət olmaqla toplam 14 çarpayılıqdır.
Ruslan Məmmədov Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev adından tədbir iştirakçılarını salamlayıb, müəssisədə müəlica alan qazilərə allahdan şəfa diləyib.

