Müsəlmanları genosidə uğratmış erməni hara, Fatimeyi – Zəhra hara? – İLAHİYYATÇI

“Ya Fatimeyi-Zəhra” kod adlı İran-Erməni birgə hərbi təlimi keçirilib…
Xocalıda körpə zəhralara təcavüz edib müsəlmanları genosidə uğratmış erməni hara, Peyğəmbərin ismətli qızı, İmam Əlinin həyat yoldaşı Fatimeyi – Zəhra hara? Kimi kimə calayıb təhqir edirsiniz? Peyğəmbər Əhli Beytini İran rejimi qədər təhqir və istismar edən ikinci rejim tarixdə olmayıb.
Bunları Sosdem.az-a açıqlamasında Milli Cəbhə Partiyasının başqan müavini, ilahiyyatçı Tural İrfan deyib.
“İslam dininin müqəddəsatını, ali simalarını, Peyğəmbər soyunu hərbi, siyasi təxribatlara alət, qalxan, sipər etmək onlara və bütün İslam dünyasına qarşı həqarətdir.
Təbii ki, Sasani-Əhəməni məfkurəsindən doğan fars şüubiyyəsinin bu kod adının açması təlimin əslində hansı məqsədlə keçirildiyini bizə məlum edir. Lakin ismət və həya mücəssəməsi, müsəlmanların onun pak adını belə dilinə gətirərkən özünü yığışdırdığı müqəddəs bir xanımın isminin, məsum körpələrin dərisini soyub duz basmış bir qövmün adı ilə yanaşı çəkilməsi, üstəlik xanımın namı ilə elələrinə dəstək nümayiş etdirilməsi İslamı, Əhli Beyti, bütün müqəddəsatı təhqir etməkdir…”, – dinşünas bildirib.
İlahiyyatçı vurğulayıb ki, Peyğəmbər Əhli Beytini, xüsusən də İslamın ilk ismət nümunəsi olan Fatimeyi-Zəhranı müdafiə etmək, onun nəinki özünə, hətta adına belə xələl gəlməsinin qarşını almaq hər bir müsəlmanın borcudur.
