Xəbərlər

Müharibə daha təhlükəli mərhələyə keçir… – Ekspert

“Rusiya-Ukrayna müharibəsinin yeni və daha dağıdıcı mərhələyə keçməsi fonunda, Kremlin Kiyevə ‘Oreşnik’ və ‘İsgəndər’ raketləri ilə həyata keçirdiyi kütləvi hücumlar Ukraynanın son dövrlərdə artan hərbi zərbələrinə cavab xarakteri daşıyır”.

Bunu cəbhədəki son kəskinləşməni və tərəflərin yeni hərbi strategiyalarını Sosdem.az-a şərh edərkən Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, politoloq Məhəmməd Əsədullazadə bildirib.

Şərhçi qeyd edib ki, Rusiyanın Kiyevdə mülki obyektləri hədəfə alması, əsasən, Ukraynanın intensivləşən hücumlarının qarşısını almağa və Kiyevi müəyyən güzəştlərə, eləcə də danışıqlara məcbur etməyə hesablanıb.

“Qərbin, xüsusilə ABŞ-ın yeni silah partiyaları göndərməsi Ukraynanın hücum imkanlarını daha da genişləndirib və bu da müharibənin dağıdıcı potensialını pik həddə çatdırıb. Müharibə artıq daha təhlükəli və dağıdıcı mərhələyə keçir və yaxın dövrdə Ukraynanın Moskvaya daha güclü zərbələr endirməsi ehtimalı sürətlə artır. Bununla belə, Rusiyanın həyata keçirdiyi genişmiqyaslı hücumların onun hərbi planlarını tam şəkildə təmin edəcəyi gözlənilmir. Hazırda danışıqlar masasına oturmaq istəməyən Rusiya prezidenti Vladimir Putin yeni və gözlənilməz regional təzyiqlərlə üzləşə bilər”.

MCP rəsmisi vurğulayıb ki, Vaşinqton ilə Moskva arasında diplomatik təmasların nəticəsiz qalması prosesi daha da uzadır, lakin Ukraynanın texnoloji üstünlüyü Kremlin planlarını alt-üst edir:

“Rusiya Ukraynanı tükəndirmə strategiyasını davam etdirsə də, Ukrayna hər keçən gün daha müasir və dağıdıcı silahlarla Rusiyaya qarşı hücum imkanlarını genişləndirir. Bu yeni mərhələdə Ukraynanın əsas strateji və psixoloji hədəflərindən biri məhz paytaxt Moskva olacaq ki, bu da döyüşün coğrafiyasını tamamilə dəyişir”.

Bir cavab yazın

Back to top button