Xəbərlər

Mühafizəkarlar ABŞ ilə memorandumu pozmağa çalışır… – Politoloq

“İran daxilindəki mühafizəkar qrup islahatçı qanadın ABŞ-la əldə etdiyi razılaşmanı hər vəchlə baltalayır; SEPAH-a yaxın media prezident Pezeşkiyanı, xarici işlər nazirini və parlament sədrini xəyanətdə ittiham edir, hətta islahatçı liderlərə sui-qəsd riskləri belə istisna deyil”.

Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib.

“Prezident və Xarici İşlər Naziri Xəyanətdə Günahlandırılır”

Politoloq İran daxilində islahatçıların artan mövqeyini zəiflətmək üçün mühafizəkarların ciddi hücuma keçdiyini diqqətə çatdırıb:

“İranın mühafizəkar qrupu islahatçı qanadın ABŞ ilə imzaladığı anlaşma memorandumunu hər vəchlə pozmağa çalışır. SEPAH-a yaxınlığı ilə bilinən xüsusilə “Keyhan” qəzeti və digər radikal mətbuat orqanları ölkə prezidentini, xarici işlər nazirini və parlament sədrini açıq şəkildə xəyanətdə günahlandırırlar. Eyni zamanda, parlamentin bir neçə mühafizəkar deputatı da kəskin bəyanatlarla bu anlaşmaya qarşı çıxış edir. İran hakimiyyəti daxilində razılaşmanın ləğv edilməsi və islahatçıların mövqeyinin sıfırlanması istiqamətində sistemli hücumlar həyata keçirilir. Vəziyyət o dərəcədə gərgindir ki, ABŞ-İran memorandumunu qorumağa çalışan Prezident Məsud Pezeşkiyan və onun xarici işlər nazirinə qarşı daxili sui-qəsd cəhdlərinin edilməsi belə istisna olunmur”.

“ABŞ-nin İrana Hücumu Radikalları Gücləndirər”

Ekspert SEPAH-ın Hörmüz boğazındakı son silahlı insidentlərinin arxasında dayanan pərdəarxası məqamları və Vaşinqtonun bu gedişləri necə oxuduğunu belə izah edib:

“Daxili siyasi sabotajların nəticəsidir ki, SEPAH Hörmüz boğazından keçən beynəlxalq gəmilərə yenidən atəş açıb. Buradakı məqsəd ABŞ-ni hərbi cavab verməyə təhrik etmək və memorandumu masada məhv etməkdir. Çünki əgər ABŞ bu təxribatlara qarşı İrana genişmiqyaslı hərbi hücuma keçərsə, bu, ölkədə daxili xaos yaradacaq və birbaşa mühafizəkarların mövqeyini gücləndirəcək. Sevindirici haldır ki, Vaşinqton prosesləri düzgün qiymətləndirir və radikalların bu tələsinə düşmək istəmir. Lakin unutmaq olmaz ki, İranda SEPAH hələ də həddindən artıq güclüdür və onların qərarları ölkənin hərbi-strateji sahəsində tam mütləq xarakter daşıyır”.

“Prezident Pezeşkiyan və Onun Komandasını Qarşıda Çox Çətin Günlər Gözləyir”

MCP rəsmisi yaxın perspektivdə İranın xarici siyasət kursunun ciddi sınaq qarşısında qalacağını vurğulayıb:

“Mühafizəkarların yürütdüyü bu aqressiv və kompromissiz siyasət ABŞ-İran memorandumunun gələcək reallaşmasını böyük sual altına qoyur. İslahatçılar qərbyönümlü və diplomatik çıxış yolları axtardıqca, hərbi elita gərginliyi regional müstəvidə pik həddə çatdırır. Bu baxımdan, Prezident Məsud Pezeşkiyanı və onun komandasını həm ölkə daxilində, həm də beynəlxalq arenada olduqca çətin, böhranlı günlər gözləyir. Tehrandakı ikitirəlik regionun ümumi təhlükəsizlik arxitekturasına da birbaşa təsir etməkdədir”.

Bir cavab yazın

Back to top button