Xəbərlər

Moskva “Qarabağ”la Azərbaycana təzyiq etmək istəyir – ŞƏRH

Rusiya prezidenti utinin köməkçisi Medinskinin Moskvanın Ukraynada apardığı müharibəyə və işğal etdiyi Ukrayna ərazilərinin legitimləşdirilməsi üçün “mübahisələndirilən ərazilər” terminindən istifadəsi və Qarabağı da eyniləşdirmə cəhdi uğursuz olsa da, bir neçə məqsədi hədəfləyir.

Bunu Sosdem.-az-a açıqlamasında Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov deyib.

Ekspertin sözlərinə görə ilk görünən odur ki, Rusiya Ukraynanın suveren ərazilərinin işğal faktını beynəlxalq hüquqla “mübahisəndirilmiş ərazi” kimi müdafiə etməyə hazırlaşır:

“Medinskinin Qarabağın da mübabisələndirilmiş ərazi kimi səsləndirməsi ikili xarakterlidir, münasibətlərin dartılı vəziyətində Azərbaycana təzyiq, Ermənistanda revanşistlərə, ruspərəst Koçaryan və Sarkisyan komandasına dəstək vermək. Rusiyanın “mübahisələşdirilmiş ərazi” anlayışı həm Cənubi Qafqaz və həm də Ukraynada Kremlin siyasi məqsədlərinə yarayır, hər iki halda və hər iki regionda möhkəmlənsin, mövcudluğunu əsaslandıra bilsin.

Russiyanın Azərbaycana təzyiqi, “Moskva Bakının Rusiyanın yeni regionlarını və Krımı tanımasına ümid edir” ifadəsində özünü açıq büruzə verir.

Ancaq, Kremlin “ümidi” bir növ münasibətlərdə “əli gücləndirmək” gedişi də ola bilər. Bəllidir ki, Azərbaycan Rusiyanın işğal etdiyi Ukraynanın suveren ərazilərini Rusiya əraziləri kimi tanımır və bu məsələdə öz mövqeyini konkret olaraq ortaya qoyub”.

Politoloq qeyd edib ki, Rusiyanın Ukrayna qarşısında ağırlaşan vəziyyəti fonunda, Putinin hərbi məğlubiyyəti ehtimalı yüksdir.

“Rusiyanın “mübahisələndirilmiş ərazi” anlayışından istifadə etməyə başlaması, həm də hərbi məğlubiyyət ehtimalına qarşı işğal etdiyi ərazilərə “qarmaq atmaq”dır. Yəni bu addım, güc faktorunun beynəlxal hüquqla əvəzlənməsinin mümkünlüyünə hazırlıqdır. Ancaq, prosseslər Rusiya və Putin hakimiyəti üçün acınacaqlı sonluğa aparır”, – şərhçi deyib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu