Xəbərlər

Milli İradə və Güclü Dövlətçilik

Əziz Həmvətənlər!

Milli Cəbhə Partiyası xalqımızı 20 Sentyabr – Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü münasibətilə ürəkdən təbrik edir!

Bu müqəddəs gün dövlətçilik tariximizin ən şanlı səhifələrindən biri, milli iradəmizin və sarsılmaz birliyimizin təntənəsidir. Azərbaycan xalqı hər zaman öz dövlətinə, istiqlalına və ərazi bütövlüyünə sahib çıxaraq, milli-mənəvi dəyərlərini ən uca zirvədə qorumuşdur.

Suverenliyimizin əbədi, dövlətimizin sarsılmaz, xalqımızın rifahının davamlı olmasını arzulayırıq. Müstəqilliyimiz və suverenliyimiz uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirik.

Dövlət Suverenliyi Günümüz mübarək olsun!

Bir cavab yazın

Back to top button