Xəbərlər

Millî Cephe Partisi haqqında

Milli Cəbhə Partiyası və ya qısaca MCP — Razi Nurullayev tərəfindən 2020-ci il avqustun 31-də dövlət qeydiyyatına alınan siyasi partiya. Milli Cəbhə Partiyasının sədri 2020-ci ildən Razi Nurullayevdir.

Loqotipdə istifadə edilmiş elementlər ay, ulduz və exinasea gülüdür. Loqotipdə əks olunmuş aypara türk xalqlarının simvoludur.

Səkkizguşəli ulduzun mənasına gəlincə bu, “Azərbaycan” sözünün əski əlifbada yazılışı və Azərbaycanda yaşayan bütün xalqların bərabərlik və azərbaycançılıq ideologiyasına bağlılığını göstərir. Loqotipdə istifadə edilmiş mavi rəng türkçülük ideyası ilə bağlıdır.

Qırmızı rəng — müasir cəmiyyət quruculuğu, demokratik inkişafı — bir sözlə müasirləşməni, inkişafa istəyi ifadə edir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu