Xəbərlər

Milli Cəbhə Partiyasının deputatlığa namizədi Vüqar Dadaşovun SEÇKİ PLATFORMASI

Deputatlığa namizəd olaraq geniş məzmunlu seçki platforması ilə seçkilərə qatılmışam. Seçki platformam Azərbaycan Respublikasının Konstitusiyasının müəyyən etdiyi sosial yönümlü dövlət prinsipinə əsaslanır. Təmsil etdiyim Milli Cəbhə Partiyası – nın ideoloji xətti də Konstitusiyamızın əsasına uyğun olaraq sosial demokratiya prinsipləri üzərində siyasi fəaliyyət göstərir.

75 saylı Yardımlı-Masallı Seçki Dairəsindən 01 sentyabr 2024-cü il tarixdə Milli Məclisə keçiriləcək seçkilərdə deputat seçiləcəyim halda, qanunvericilik orqanının (Milli Məclis) ali tribunasından

sosial-iqtisadi vəziyyətin yaxlaşdırılması, sahibkarlığın inkişafı, insiharçılığın aradan qaldırılması, azad biznes və ədalətli rəqabət mühitinin formalaşdırılması,


regionların iqtisadi və təbii imkanlarına uyğun olaraq istehsal sahələrinin yaradılması,

vətəndaşların hüquq və azadlıqlarının qorunması, Məhkəmələrin müstəqilliyinin təmin edilməsi, qanunların aliliyi, vətəndaşların məhkəmələrə müraciətinin asanlaşdırılması,

prokurorluğun nadzor funksiyasının təkmilləşdirilməsi,

təhsil sistemində əsaslı islahatların aparılması,

tibbi sahədə vahid mərkəzləşdirmə, icbari tibbi xidmət sahəsinin genişləndirilməsi və regionlarda əlçatanlığı,


aztəminatlı və sosial baxımdan həssas təbəqənin maddi və sosial təminatının vətəndaş müraciəti olmadan həll edilməsinin sistemləşdirilməsi, müharibə iştirakçılarının sosial statusindan asılı olmayaraq maddi təminatının minimum əməkhaqqı səviyyəsində təmin edilməsi,

tarif şurasının səlahiyyətlərinin Milli Məclisə verilməsi və sair bu kimi vətəndaşları narahat edən
məsələlərin gündəmə gətirilməsi və müvafiq qanunvericilik aktların qəbul edilməsi üçün səylər göstərəcəyik.

Əziz seciçilərimiz mənə etimad göstərərsə, Azərbaycan Respublikası Konstitusiyasının və “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikası Qanununun tələb və səlahiyyətləri çərçivədə məsuliyyətlə fəaliyyət göstərəcəyimə, doğma vətənimizin rifahı və seçici məmnuniyyəti üçün bütün güc və imkanları səfərbər edəcəyimə əmin ola bilərsiz.

Seçki platformasının tam mətni ilə aşağıdakı keçid linkindən tanış ola bilərsiz:

https://www.blogger.com/blog/post/edit/6869194855013555941/5147280083295839801

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu