Xəbərlər

Milli Cəbhə Partiyasının başsağlığı – “Günəşli Faciəsi”

Bu gün “Günəşli” yatağında baş verən faciədən on il ötür.

Milli Cəbhə Partiyası olaraq 2015-ci il dekabrın 4-də “Günəşli” neft yatağında baş vermiş və onlarca soydaşımızın həyatına son qoymuş dəhşətli faciənin ildönümündə həlak olan bütün neftçilərimizin əziz xatirəsini dərin ehtiramla anırıq.

Bu ağır hadisə Azərbaycan xalqının yaddaşına qanla yazılmış bir faciədir.

Bu böyük itkinin ağrısını bölüşür, həlak olanların ailələrinə, yaxınlarına, bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı veririk.

Allah rəhmət eləsin!

Bir cavab yazın

Back to top button