Xəbərlər

Milli Cəbhə Partiyasının BAŞSAĞLIĞI – Təyyarə faciəsi

Dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında faciəvi şəkildə qəzaya uğramasından bir il ötür.

Bu hadisə Azərbaycan xalqının yaddaşında dərin iz qoymuş, onlarca ailənin taleyinə ağır kədər gətirmişdir. Bu faciə yalnız həmin ailələrin deyil, bütün xalqımızın ağrısıdır.

Milli Cəbhə Partiyası olaraq həmin acı gündə həyatını itirən insanları ehtiramla yad edir, onların doğmalarına, yaxınlarına və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı veririk.

Allah rəhmət eləsin!

Bir cavab yazın

Back to top button