Xəbərlər

Milli Cəbhə Partiyası İranda keçirilən seçkilərə mövqeyini açıqladı

İranda keçirilən prezident seçkilərində Azərbaycan mənşəli Məsud Pezeşkianın qalib gəlməsi nəinki Azərbaycanda, həm də bütün dünyada müəyyən ümidlər yaradıb.

Cənab Pezeşkianın 16 milyon 384 min vətəndaşın səsini alması İran cəmiyyətinin yenilənməsinə, müasirləşməsinə və sağlam dünya ilə əməkdaşlıq etməsinə verilən mandatdır. Ümid etmək istəyirik ki, yeni Prezident qonşuları və dünya ilə daha mütərəqqi siyasi əməkdaşlıq edəcək.

Milli Cəbhə Partiyası qonşu İran xalqını təbrik edir. Ümid edirik ki, bu seçimin nəticəsi həm İran, həm də region üçün uğurlu olacaq. Seçilən prezidentin islahatçı cəbhəsində olması da gələcəkdə İranla Azərbaycan arasında münasibətlərin, əlaqələrin daha da istiləşəcəyinə, yaxşılaşacağına, müsbət istiqamətdə irəliləyəcəyinə ümid və inam yaradır.

Bir daha İran dövlətini və xalqını Prezident seçkilərini uğurla başa vurduqlarına görə təbrik edir, İran dövlətinin də yerləşdiyi coğrafiyamıza stabillik, sülh və əmin-amanlıq arzu edirik.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu