Xəbərlər

Milli Cəbhə Partiyası deputatlığa namizədlərin siyahısını təsdiqlədi

Milli Cəbhə Partiyası növbədənkənar parlament seçkiləriylə əlaqədar Ümumrespublika iclası keçirib.

Tədbirdə partiya başqanı, deputat Razi Nurullayev, partiya idarə heyəti, təşkilat sədrləri və partiyanın parlament seçkilərinə namizədləri iştirak ediblər.

Çıxış edən MCP başqanı, deputat Razi Nurullayev hər bir siyai partiya üçün seçkilərdə iştirakın önəmini vurğulayıb. Başqan bu seçkilərdə də hər seçkidə olduğu kimi inamla mübarizə aparacaqlarını bildirib.

Digər çıxışçılar da Milli Cəbhə Partiyası üçün bütün seçkilərin çox önəmli olduğunu qeyd edib, partiya olaraq seçkidə uğur qazanmaq üçün əzmlə çalışacaqlarını bildiriblər.

İclasda Milli Məclisə seçkilərdə partiyanın səlahiyyətli nümayəndələri müəyyən edilərək təsdiq edilib. Həmçinin partiyanın deputatlığa namizədliyi irəli sürülən üzvlərin siyahısı da təsdiqlənib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu