Xəbərlər
Milli Cəbhə Partiyası Azərbaycan xalqına başsağlığı verdi
Milli Cəbhə Partiyası Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir.
MCP başqanı Razi Nurullayev və partiya üzvləri Azərbaycan sərnişin təyyarəsinin qəzaya düşməsindən dərindən kədərləndiyini bildirir. Bu faciə hər birimizi dərindən sarsıtdı.
Allahdan dünyasını dəyişənlərin yaxınlarına səbr, faciəvi şəkildə həlak olanlara rəhmət, qəzadan qurtulanlara şəfa diləyirik.
Qeyd edək ki, “Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb.