Xəbərlər

Milli Cəbhə Partiyasının Bilik Günü TƏBRİKİ

Milli Cəbhə Partiyası (MCP) 15 Sentyabr – Bilik Günü, yeni tədris ilinin başlaması münasibətilə ölkəmizin bütün şagirdlərini, tələbələrini, fədakar müəllimlərimizi və valideynləri səmimi qəlbdən təbrik edir!

Gələcəyimizin təminatçısı olan əziz məktəblilərimiz və gənclərimiz!

Sizlərə dərindən mənimsənilmiş elm, mənəvi kamillik, möhkəm cansağlığı, sarsılmaz ruh və aydın təfəkkür arzulayırıq. İnanırıq ki, güclü dövlətin və tərəqqi edən cəmiyyətin təməli bilikli, vicdanlı və sağlam düşüncəli gəncliyin çiyinləri üzərində yüksəlir.

Hər bir Azərbaycan övladı – sosial statusundan, yaşadığı bölgədən və ya maddi vəziyyətindən asılı olmayaraq – keyfiyyətli, müasir və qabaqcıl təhsil almaq hüququndan tam və bərabər şəkildə yararlana bilsin. Heç bir uşağımız sosial-maddi sıxıntılara, qayğılara, imkansızlığa görə elmdən, məktəbdən, şəxsi inkişafdan uzaq düşməsin.

Vətənimizin sabahı olan uşaqlarımızın hər cür psixoloji, maddi gərginlikdən uzaq, hərtərəfli qayğı ilə əhatə olunmuş, firavan, sabit və parlaq bir gələcəyə addımlaması ən böyük diləyimizdir.

Yeni dərs iliniz mübarək olsun! Yolunuz hər zaman elmin, zəkanın və zəfərin sönməz işığı ilə aydınlansın!

Bir cavab yazın

Back to top button