Milli Cəbhə Partiyasının (MCP) sədr müavinləri Məhəmməd Əsədullazadə və Ehtiram Mehdiyev Fələstinin ölkəmizdəki səfirliyində olublar.
Səfirlə söhbət zamanı onlar bildiriblər ki, Azərbaycan dövləti Fələstin məsələsinin BMT-nin məlum qətnamələri əsasında Şərqi Qüdsün Fələstinin paytaxtı olmaqla iki dövlət prinsipi əsasında həll olunmasını dəstəkləyir və Azərbaycan XİN-i də bunu öz bəyanatı ilə vurğulayıb.
Onu da bildiriblər ki, Milli Cəbhə Partiyası da dövlətin bu mövqeyini dəstəkləyir. Həmçinin Azərbaycanın Fələstinə 1.6 milyon dollar humanitar maliyyə yardımı ayırması və Qoşulmama Hərəkatı çərçivəsində məsələni BMT müstəvisinə çıxarması da müzakirə edilib.
Görüşdə Azərbaycanın öz arazilərinin Ermənistan tərəfindən işğalına son qoymasından sonra regionda yaranan yeni siyasi və geopolitik mənzərə də müzakirə mövzusu olub.