Xəbərlər

MCP rəsmisi dinlərarası dialoqda iştirak edib

Bakı yeparxiyasının Pravoslav Dini-Mədəniyyət Mərkəzində Bakı və Azərbaycan yepiskopu Aleksi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri arasında görüş keçirilib.

Görüşdə İctimai Şuranın üzvü, Milli Cəbhə Partiyasının başqan müavini, ilahiyyatçı Tural İrfan da iştirak edib.

Məbəd və Muzey Ziyarəti

Tədbir çərçivəsində qonaqlar əvvəlcə Bakı şəhərindəki Müqəddəs Mürdaşıyan Zənənlər kafedral kilsəsini ziyarət ediblər. Onlara məbədin tarixi, memarlıq xüsusiyyətləri və burada qorunan dini müqəddəs əşyalar barədə ətraflı məlumat verilib. Ziyarət zamanı yeparxiya muzeyinin zəngin ekspozisiyası da nümayiş etdirilib.

Mədəni-Tarixi İrs Müzakirə Edilib

Kilsə və muzeylə tanışlıqdan sonra görüş Dini-Mədəniyyət Mərkəzinin yemək zalında, çay süfrəsi arxasında davam edib. Səmimi şəraitdə keçən söhbət zamanı Azərbaycanın çoxəsrlik xristian irsi, ölkəmizin tarixi və mədəniyyətşünaslıq məsələləri ətrafında maarifləndirici fikir mübadiləsi aparılıb.

Tolerantlıq və Birgəyaşayış Modeli

Görüşdə Azərbaycanın nümunəvi tolerantlıq modeli və müxtəlif dini konfessiyalar arasındakı sıx əməkdaşlıq münasibətləri xüsusi vurğulanıb.

MCP rəsmisi Tural İrfan Sosdem.az-a bu cür görüşlərin cəmiyyətdə dini həmrəyliyin və qarşılıqlı hörmət mühitinin daha da möhkəmlənməsinə xidmət etdiyini deyib.

Bir cavab yazın

Back to top button