MCP qərargahında təmənnasız hüquqi yardım davam edir
Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayevin təşəbbüsü və dəstəyi ilə 2021-ci ildən keçirdiyimiz “əhaliyə təmənnasız hüquqi yardım” kompaniyası davam edir.
Kampaniya çərçivəsində MCP-nin Hüquq Şöbəsinin müdiri, MCP-nin sədr müavini, hüquqşünas Vüqar Dadaşov, partiyanın sədr müavini, deputat Razi Nurullayevin köməkçisi Ehtiram Mehdiyev Bakı şəhər Qaradağ rayon sakini Sevinc Hadiyevanı partiya qərargahında qəbul edib, problemlərini dinləyib.
Qaradağ Rayon Məhkəməsinin qanuni qüvvəsini almış qətnaməsi ilə azyaşlı iki qız uşağın anaya verilməsi və onların saxlaması üçün müəyyən edilmiş alimentin ödənilməsinə dair icra vərəqinin icrası ilə bağlı süni yaradılmış maneənin aradan qaldırılması üçün ilk növbədə müvafiq icra və probasiya şöbəsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsi ilə əlaqə yaradılıb. Müəyyən edilib ki, anaya imzaladığı sənədin mahiyyəti izah edilmədən tələbindən “imtina” etməklə hüquqları kobud şəkildə pozulub.
Məsələnin həlli üçün Qaradağ Rayon Məhkəməsinə müraciət edilib. Çox sevindirici haldlr ki, ana məhkəməyə dəvət edilib, müvafiq sənədlər hazırlanıb və icraata qəbul edilib.
Operatik reaksiyasına görə Qaradağ Rayon Məhkəməsinə təşəkkür edirik.