Xəbərlər

MCP-nin yeni, Salyan təşkilatı quruldu

Sıraları hər gün sürətlə genişlənməkdə olan Milli Cəbhə Partiyasının (MCP) daha bir yeni şöbəsi, Salyan rayon təşkilatı qurulub.

Bununla bağlı Salyan şəhərində yığıncaq keçirilib. Tədbirdə Milli Cəbhə Partiyası Təşkilat Şöbəsinin müdiri Kamil Babayev, hüquq məsələləri üzrə başqan müavini, hüquqşünas Vüqar Dadaşov, siyasi məsələlər üzrə başqan müavini, politoloq Məhəmməd Əsədullazadə, Qaradağ Təşkilatının sədri Murad Alışov, partiya üzvləri iştirak ediblər.

Tədbirdə çıxış edən rəhbər heyət partiyanın güclənməsi, daha da genişlənməsi üçün gələcək planlardan, yaxın perespektivdə görüləcək işlərdən və təşkilatlanmanın əhəmiyyətindən danışıblar.

Sonra partiya üzvləri çıxış edib, partiyanın rəhbərliyinə suallar ünvanlayıblar.

Sonda səsvermə nəticəsində Ruslan Qılıncxan oğlu Məmmədov Salyan Təşkilatının sədri seçilib, daha sonra təşkilatın strukturları yaradılıb.

Qeyd edək ki, Milli Cəbhə Partiyasında sürətləndirilmiş təşkilatlanma işləri aparılır.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu