TədbirlərXəbərlər

MCP-nin Neftçala şöbəsi təsis edilib – FOTO

Neftçalada Milli Cəbhə Partiyasının (MCP) Neftçala rayon şöbəsinin təsis iclası keçirilib. İclasda partiya rəhbərliyindən sədr müavini Ehtiram Mehdiyev, sədr müavini Vüqar Dadaşov, Təşkilat Şöbəsinin sədri Kamil Babayev, Mətbuat Şöbəsinin müdiri Vüsal Qarayev, şəhid ataları, rayon sakinləri iştirak ediblər.

Öncə şəhidlərin rurhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra iclası giriş sözüylə açan MCP-nin sədr müavini, deputat köməkçisi Ehtiram Mehdiyev iştirakçıları salamlayaraq MCP sədri, deputat Razi Nurullayevin də salamlarını çatdırırb. Sonra Razi Nurullayev özü də telefon vasitəsiylə tədbir iştirakçılarını salamlayıb.

Çıxışlardan sonra səsvermə keçirilib, Yəhya Salmanov Neftçala şöbəsinin sədri seçilib.

Tədbirdən sonra Şəhidlər Xiyabanı ziyarət edilib, şəhidlərin məzarları önünə gül dəstələri qoyulub, ruhlarına dualar oxunub.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu