Xəbərlər
MCP-nin Dövlət Bayrağı Günü təbriki

Əziz həmvətənlər!
Bu gün – 9 Noyabr Dövlət Bayrağı Günü – Azərbaycan xalqının azadlıq, müstəqillik və milli qürur simvolu olan üçrəngli bayrağımızın ucaldığı şərəfli gündür.
Üç rəngimiz hər bir azərbaycanlının qəlbində müstəqilliyə, birlik və tərəqqiyə inamı təcəssüm etdirir.
Milli Cəbhə Partiyası olaraq, bayrağımızı uca tutan bütün vətən övladlarını qürurla salamlayırıq. Bu müqəddəs rəmz uğrunda canından keçən şəhidlərimizin ruhu qarşısında baş əyir, onların əmanətinə sadiq qalacağımıza söz veririk.
Qoy üçrəngli bayrağımız daim azad səmalarda dalğalansın, xalqımıza qürur və birliyimizə güc versin!
Bayrağımız ucaldıqca, millətimiz yaşasın!