Xəbərlər
MCP-də hüquqi yardım kampaniyası davam edir

Milli Cəbhə Partiyasının qərargahında vətəndaşlara təmənnasız hüquqi yardım kampaniyası davam edir.
MCP başqanı, deputat Razi Nurullayevin tapşırığı əsasında, partiyanın başqan müavini, hüquqşünas Vüqar Dadaşov İmişli rayonundan Laçınzadə Surxay Şahbaz oğlunu qəbul edib, dinləyib.
Surxay xaricdə təhsil alıb, lakin diplomunun tanınmasında problem yaşayır.
Vətəndaşa məsələnin həlli istiqamətində müvafiq sənədləri toplayıb, prosesual qaydalara uyğun məhkəməyə müraciət etməsi üçün köməklik göstərilib.


