Xəbərlər
MCP-də hüquqi məsləhət kampaniyası davam edir

Milli Cəbhə Partiyası qərargahında, partiya başqanı, deputat Razi Nurullayevin təşəbbüsüylə vətəndaşa təmənnasız hüquqi dəstək kampaniyası davam edir.
Növbəti dəfə MCP-nin Hüquq Şöbəsinin müdiri, hüquqşünas Vüqar Dadaşov vətəndaşları partiya qərargahında qəbul edib, onlara müvafiq hüquqi yardım göstərib, müraciətlərini baxılması üçün aidiyyəti üzrə yönləndirib.
- Həftənin 1-ci və 5-ci günləri,
- Saat 11:00-dan 14:00-a kimi,
- Vətəndaşlara təmənnasız hüquqi məsləhətlər verilir.
- Ünvan: Lider TV-nin binası, 9-cu mərtəbə.
- Hüquqşünas: Vüqar Dadaşov
– Xüsusi qeyd: Müraciətlərin çoxluğunu və forma müxtəlifliyini nəzərə alaraq bildirək ki, “hüquqi məsləhət” dedikdə məhkəmə prosesində iştirak nəzərdə tutulmur. Vətəndaş müraciət etdiyi məsələdə maarifləndirilir, ona üzləşdiyi problemlərin həllində hüquqi məslət verilir.

