Xəbərlər

MCP başqanından Novella Cəfərovaya DƏSTƏK

Novella Cəfərova dəyərli bir xanımdır. Bizlər öz aramızda ona hər zaman ana kimi yanaşmışıq və o da hər kəsə övladı kimi dəyər verib.

Milli Cəbhə Partiyasının başqanı Razi Nurullayev hüquq müdafiəçisi Novella Cəfərovaya dəstək verib.

R.Nurullayev hüquq müdafiəçisinin hər kəsin sevgisini qazandığını bildirib:

“Onun xidmətləri çoxdur. Bir çoxlarının edə bilmədiyini bağlı qapıları açaraq o edib, nə qədər insanın həbsdın çıxmasına kömək edib, yüzlərlə insanın hüquqlarını müdafiə edib.

Novella xanımın ürəyi ilə dilinə gətirdikləri hər zaman eynidir. Məhz, bu xüsusiyyətinə görə də ona həm müxalifətin, həm də iqtidarın qapısı açıqdır. Bu açıq qapılardan Novella xanım öz şəxsi mənafeyi naminə istifadə etməyib. O, hər zaman, xalqına, dövlətinə bağlı olub.

Novella xanıma qarşı hücumları pisləyirəm, Müsavat partiyasından getmək qərarına da hörmətlə yanaşıram”.

MCP başqanı sonda, “Novella xanım, ruhdan düşməyin, ürəyinizə xiffət salmayın. Dostlarınız sizin yanınızdadır!”, deyə vurğulayıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu