Xəbərlər

MCP başqanı Rusiyada səfərdədir

Milli Məclisin deputatları, Rusiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri  Eyvaz Qurbanov və Razi Nurullayev Rusiyaya səfər ediblər.

Sosdem.az xəbər verir ki,səfər çərçivəsində deputatlar dekabrın 2-də Moskva şəhərində keçiriləcək “MDB ölkələrinin parlamentlərarası əməkdaşlığında siyasi partiya və blokların fraksiyalarının qarşılıqlı fəaliyyətinin rolu” adlı və Sankt-Peterburq şəhərində MDB PA-nın təşkilatçılığı ilə keçiriləcək Faşizm üzərində Qələbənin 80 illiyinə həsr olunmuş beynəlxalq konfranslarda iştirak edəcəklər. 

Bir cavab yazın

Back to top button