MCP başqanı beynəlxaql seminarda iştirak edir – Avstriya

Avstriyada PfP Konsorsiumunun Tədqiqat Qrupunun 30-cu seminarı keçirilir. Tədbir “Bu gün və sabah: Sülh perspektivləri və yeni texnologiyaların yaranan təhlükələri” mövzusuna həsr olunub.
Seminarın əsas məqsədi – yeni texnologiyaların inkişafının qlobal təhlükəsizlik və sülh proseslərinə təsirini müzakirə etmək, həmçinin bu sahədə beynəlxalq əməkdaşlıq imkanlarını araşdırmaqdır.
Sosdem.az xəbər verir ki, Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayevin də iştirak etdiyi tədbirdə müxtəlif ölkələrdən ekspertlər, tədqiqatçılar və təhlükəsizlik sahəsində fəaliyyət göstərən nümayəndələr iştirak edir. Onlar süni intellekt, kibertəhlükəsizlik, robot texnologiyaları və digər innovasiyaların gələcəkdə sülh və sabitlik üçün yarada biləcəyi çağırışlar barədə fikir mübadiləsi aparırlar.
Seminar çərçivəsində, həmçinin yeni texnologiyaların məsuliyyətli istifadəsi və etik tənzimlənməsi üzrə təkliflərin hazırlanması da nəzərdə tutulur. PfP Konsorsiumu bu kimi tədbirlərlə beynəlxalq səviyyədə dialoqu və təhlükəsizlik sahəsində elmi əməkdaşlığı təşviq edir.


